Kolumbiyanın Barrankilya şəhərində güclü yağışlar zamanı baş verən qeyri-adi hadisə gündəmə gəlib. Güclü sel axını içərisində insan olan səyyar tualet kabinəsini sürükləyib.
Telemedellín nəşrinin məlumatına görə, hadisə sentyabrın 21-də, bazar ertəsi baş verib.
Hadisə şahidlərindən biri suya girərək kabinəni əlləri ilə saxlamağa çalışıb.
Kabinə içərisində qalan şəxsin vəziyyəti barədə hələlik məlumat yoxdur.

