Almaniyanın Berlin şəhəri yaxınlığındakı Qosen-Noy-Tsittau yaşayış məntəqəsində orta məktəbə silahlı hücum nəticəsində iki nəfər həyatını itirib.
Märkische Allgemeine Zeitung nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, hadisə Brandenburq federal torpağında baş verib.
Hücum nəticəsində 18 yaşlı qız və silahlı şəxsi dayandırmağa çalışan 30 yaşlı kişi öldürülüb.
Polis şübhəlini qısa müddətdə saxlayıb. Onun həlak olan qızın 19 yaşlı keçmiş sevgilisi olduğu bildirilir.
Hadisə barədə təcili xidmətlərə yerli vaxtla təxminən 13:45-də məlumat daxil olub.
Hazırda məktəbin ətrafı polis tərəfindən mühasirəyə alınıb. Hadisə yerində polis və xilasedicilər fəaliyyət göstərir. Əraziyə iki xilasedici helikopter də cəlb olunub.
Denmedia.az

