Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Biləsuvarda azyaşlının əli ətçəkən maşında qalaraq, xəsarət alıb.
Den.az-ın yerli bürosunun məlumatına görə, rayon sakini, 2021-ci il təvəllüdlü qızın sağ əli mexaniki ətçəkən maşında qalıb. Nəticədə azyaşlının barmaqları əzilib. Ona xəstəxanada lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.