Naxçıvanda bacısının qızıllarını oğurlayan qadının məhkəmə prosesi başa çatıb.
“Den.az”-ın məlumatına görə, Culfa Rayon Məhkəməsində keçirilən prosesdə Nigar Qurbanova (ad-soyad şərtidir) 1 il azadlıqdan mərhum edilib. Onun cəzası şərti hesab edilib və 6 ay sınaq müddəti təyin olunub.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bacısı Gülnaz (ad şərtidir) yeni ailə həyatı qurduğundan və ilk Yeni il bayramı olduğundan yaxın qohumları ilə birgə onlara qonaq gediblər.
Yemək yedikdən sonra bacısı Gülnaz otağına keçərək paltar ütülüməyə başlayıb. Bacısı paltarı ütülədikdən sonra ütünü Nigara verərək əşyanı termonun içərisinə qoymasını xahiş edib. Nigar isə bacısının otağındakı termonu açanda orada qızıl qutusunu görüb.
Qutunu açan qadın qızılları görüb və 1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 ədəd üzüyü cibinə qoyaraq otaqdan çıxıb, ardınca isə evə gedib.
Bir müddət sonra isə Gülnaz bacısına zəng vuraraq qızıllarını tapa bilmədiyini, ondan qızılları götürüb-götürmədiyini soruşub. Nigar isə ona qızıllardan xəbəri olmadığını bildirib.
Nigar Qurbanova bundan sonra polisə dəvət edilib, orada artıq işin üstünün açılacağını anlayıb və bacısına məxsus olan qızılları götürdüyünü etiraf edib.
Qeyd edək ki, təqsirləndirilən Nigar Qurbanova 8 aylıq hamilədir. Qafqazinfo.az
Yeni evlənən bacısının evinə qonaq getdi, qızıllarını oğurladı - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.