Qatarların toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
“Den.az” xəbər verir ki,hadisə İtaliada baş verib.
Bu barədə ölkənin Yanğınsöndürmə Xidməti “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Qeyd olunur ki, Faenza və Forli şəhərləri arasındakı Bolonya-Rimini xəttində yüksək sürətli və regional qatarlar toqquşub.
Yerli ANSA xəbər agentliyi isə bildirib ki, axşam saatlarında baş verən qəzada 17 nəfər xəsarət alıb.
Ölkənin Dövlət Dəmir Yolları Xidməti qəzaya görə xüsusilə Castelboloqnese-Forli dəmir yolu xəttində bütün səfərlərin dayandırıldığını bildirib.
Hadisənin başvermə səbəbi açıqlanmır. Qəza ilə bağlı araşdırma aparılır.
SON DƏQİQƏ: Qatarlar toqqoşdu,ÇOXLU SAYDA YARALI VAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.