İran ordusu İsrailin şimalında yerləşən Hayfa şəhərindəki neft emalı zavodlarına (NEZ) və elektrik stansiyalarına hücum edib.
Bu barədə SNN məlumat yayıb.
Məlumata görə, zərər görmüş obyektlərdə yanğın baş verib.
“İranın raket zərbəsi nəticəsində Hayfanın bəzi ərazilərində elektrik enerjisi kəsilib”, – deyə jurnalistlər bildirir.

