ABŞ Silahlı Qüvvələrinə qəbul qaydaları sadələşdirilib. Yeni qaydalara əsasən, marixuana ilə bağlı məhkumluğu olan şəxslər də daha asan şəkildə orduya qəbul oluna biləcək. Bu barədə RIA Novosti yenilənmiş hərbi qaydalara istinadən məlumat yayıb.
Məlumata görə, çağırış yaşı da artırılıb — əvvəlki 35 yaş həddi artıq 42 yaşa qədər yüksəldilib.
“Marixuananın saxlanması və ya istifadəsi ilə bağlı yalnız bir məhkumluğu olan şəxslər üçün əlavə inzibati icazə artıq tələb olunmur.”
Qeyd olunur ki, namizədin ordu sıralarına qəbul zamanı yaşı hələ 42-ni keçməməlidir.

