Dubayda Ukraynaya aid dron əleyhinə sistemlərin saxlanıldığı anbarda ikinci dəfə partlayış baş verib.
Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hadisə nəticəsində iki Rusiya vətəndaşının xəsarət almış ola biləcəyi ehtimal edilir. Onların yaxınları ilə əlaqə saxlamadığı qeyd olunur.
Bildirilir ki, ikinci güclü partlayış birinci hadisə ilə eyni gün baş verib. Hadisə ilə bağlı digər detallar açıqlanmayıb.

