Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə “TurAz Qartalı — 2026” birgə uçuş-taktiki təlimləri başlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə brifinq zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Təlimlərə həsr olunmuş videoçarx iştirakçılara təqdim olunub.
Ardınca inzibati məlumatlandırma və qarşıda duran vəzifələrə dair brifinq keçirilib.
Qeyd edək ki, təlimlər birgə hava əməliyyatlarının planlaşdırılması və icrası sahəsində təcrübə mübadiləsi aparmaq, şəxsi heyətin peşəkarlığını artırmaq və koordinasiyanı gücləndirmək məqsədilə keçirilir.




