2023-cü ildə Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan gizir Ramil Rəhimovun xatirəsi, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə anılıb. Tədbir şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə yönəlib.
Ceyranbatan qəsəbə Mədəniyyət evində baş tutan tədbirə şəhidin doğmaları, rayon icra hakimiyyətinin əməkdaşları, şəhid anaları və qazilər, eləcə də məktəbin pedaqoji kollektivi qatılıb.
Məktəbin direktoru Nuranə Vəliyeva tədbirin əhəmiyyəti və şəhidlərin qəhrəmanlıq tarixindən bəhs edən çıxış edib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi, Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün göstərdiyi qəhrəmanlıq dolu bir mübarizənin simvoludur. Bu müharibə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və milli birlik ruhunun gücünü göstərdi. Azərbaycanın şanlı zəfəri, şəhidlərin və qazilərin cəsarəti ilə tarixdə əbədi iz qoydu.
Daha sonra Abşeron rayon icra hakimiyyətinin əməkdaşları, şəhid anaları və qazilər söz alıb və öz duyğularını bölüşüblər. Onların çıxışlarında, şəhidlərin xatirəsinin unudulmamasının vacibliyini bir daha vurğulanıb.
Şəhidlərə həsr olunan kitabın müəllifi Esmira Günəş isə bildirib ki, 44 günlük Vətən müharibəsi, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün göstərdiyi böyük iradə və əzmin təcəssümüdür. Bu müharibə, milli birlik və vətənpərvərlik ruhunun güclü bir ifadəsi olaraq, Azərbaycanın qələbə ilə nəticələndiyi tarixi bir dönəmdir.
Sonda tədbirin iştirakçıları, məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirləri dinləyib, mahnıları izləyiblər. Bu çıxışlar, tədbirin əsas məqsədini – vətən sevgisinin və qəhrəmanlıq ruhunun gələcək nəsillərə ötürülməsini bir daha təsdiqlədi.
Belə tədbirlər, Azərbaycanın qəhrəman övladlarının xatirəsini yaşatmaq və gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılamada mühüm rol oynayır.
Mən hələdə onun yolunu gözləyirəm: Şəhid Gizir Ramil Rəhimovun xatirəsi anıldı…-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.