İran ABŞ Prezidenti Donald Trampın münaqişəni genişləndirmək qərarı verəcəyi təqdirdə Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir. Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, potensial hədəflər arasında Bolqarıstan və Kiprdəki hərbi obyektlər də var. İran qüvvələrinin Hörmüz boğazındakı sualtı fiber-optik kabellərə mümkün hücumu da araşdırdığı bildirilir.
Mənbələrə görə, Tehranın cavabı Vaşinqtonun atacağı addımlardan asılı olacaq. “ABŞ həddini aşarsa, İran istənilən qiymətə özünü müdafiə edəcək, regiondan kənara çıxaraq Avropaya da zərbələr endirəcək”, – deyə mənbələr bildiriblər.

