Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində daha 6 oyun baş tutacaq. Qarşılaşmalar 3 qrupda keçiriləcək.
“Den.az” xəbər verir ki, günün ən erkən görüşü Qazaxıstan və Şimali Makedoniya komandaları arasında reallaşacaq.
Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Digər oyunlar isə 22:45-də başlayacaq.
I qrupu
22:45. Estoniya – Norveç
22:45. İtaliya – Moldova
Xal: Norveç – 9, İsrail – 6, Estoniya – 3, İtaliya – 0, Moldova – 0.
J qrupu
18:00. Qazaxıstan – Şimali Makedoniya
22:45. Belçika – Uels
Xal: Uels – 7, Şimali Makedoniya – 5, Qazaxıstan – 3, Belçika – 1, Lixtenşteyn – 0.
L qrupu
22:45. Xorvatiya – Çexiya
22:45. Farer adaları – Cəbəllütariq
Xal: Çexiya – 9, Monteneqro – 6, Xorvatiya – 3, Farer adaları – 0, Cəbəllütariq – 0.