Argentina millisi yoldaşlıq görüşündə Benin yığmasını 3:0 hesabı ilə məğlub edib. Qarşılaşma Lionel Messinin milli komandanın heyətində keçirdiyi son oyun olub.
Görüş Buenos-Ayresdəki “Monumental Antonio Vespucio Liberti” stadionunda keçirilib.
Argentina millisinin qollarını Nicolás Otamendi və Nico Paz vurublar. 71-ci dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirib, həmçinin iki məhsuldar ötürmə ilə yadda qalıb.
Messi Argentina millisində debütünü 2005-ci ilin avqustunda Macarıstana qarşı yoldaşlıq görüşündə edib. O, milli komandanın heyətində 208 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.
Messi Argentina yığması ilə 2022-ci il dünya çempionatının, 2021 və 2024-cü illərdə Copa América-nın, həmçinin 2022-ci ildə Finalissima-nın qalibi olub.
Messi milli komandadakı çıxışlarını 2026-cı il dünya çempionatından sonra başa vurmaq qərarı vermişdi.

