ABŞ hökuməti İraqın “Qərbi Kurna - 2” neft yatağında LUKOIL-in payının ABŞ şirkətinə verilməsi planını dəstəkləyib, bunu Bloomberg xəbər verir. ABŞ Dövlət Departamentindəki mənbə bildirib ki, “Birləşmiş Ştatlar İraqda öz şirkətlərinin maraqlarını müdafiə etməyə davam edəcək.”
“Biz İraq Neft Nazirliyinin Exxon və Chevronla ilkin razılaşmalarından, həmçinin "Qərbi Kurna - 2"nin amerikalı operatora verilməsi öhdəliyindən məmnunuq”, — deyə o bildirib.

