Rusiyanın kosmetika şəbəkəsi L'Etoile satış nöqtələrinin optimallaşdırılması çərçivəsində genişmiqyaslı bağlanmalara hazırlaşır. Bu barədə Izvestia məlumat yayıb.
Məlumata görə, şirkət 2026-cı ildə 150 mağazanı bağlamağı planlaşdırır. Şəbəkənin marketinq direktoru Tatyana Lomtеva bunu fəaliyyətin səmərəliliyini artırmaq məqsədilə həyata keçirilən planlı proses kimi qiymətləndirib.
Şirkət hazırda mağazaların yerləşməsini, müştəri axınını və istehlakçı davranışındakı dəyişiklikləri yenidən analiz edir.
Qeyd olunur ki, 2025-ci ildə artıq 93 mağaza bağlanıb, bu da ümumi sayın təxminən 10% azalmasına səbəb olub.
Ekspertlərə görə, bu qərara fiziki mağazalarda satışların azalması, bəzi brendlər üzrə lisenziya problemləri və onlayn satış platformasının sürətli inkişafı təsir edib.

