ABŞ-ın Tesla şirkəti arxa görüntü kameralarında yaranmış problem səbəbindən ölkədə 218 867 elektromobili geri çağırır.
Bu barədə ABŞ Milli Avtomobil Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Məlumata görə, geri hərəkət zamanı avtomobillərdə arxa kamera görüntüsü gecikmə ilə görünə bilər ki, bu da sürücünün görüntü imkanlarını azaldır.
Geri çağırılma kampaniyası Model 3, Model Y, Model S və Model X modellərini əhatə edir.
Eyni zamanda, çərşənbə günü keçirilən ilkin ticarət sessiyasında Tesla səhmləri 0,2 faiz ucuzlaşıb. İlin əvvəlindən şirkətin bazar dəyəri 13 faizdən çox azalaraq 1,46 trilyon dollara düşüb. Bu müddətdə S&P 500 indeksi isə 6 faiz artım göstərib.

