Türkiyədə inşa olunan “Akkuyu” Atom Elektrik Stansiyasının ilk enerji bloku 2026-cı ilin sonunadək sınaq rejimində elektrik enerjisi istehsalına başlaya bilər.
TRT Haber-ə açıqlamasında Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, Rusiya və Türkiyə tərəfləri bu məqsədə çatmaq üçün bütün səylərini səfərbər edib.
Nazirin sözlərinə görə, birinci reaktorun işə salınması üzrə çalışmalar intensiv şəkildə davam edir və prosesin ilin sonunadək tamamlanması planlaşdırılır.
Bayraktar əlavə edib ki, enerji blokunun istifadəyə verilməsindən əvvəl təxminən 2 min sınaq həyata keçirilməlidir.

