hücumların intensivləşməsi və dünya bazarında neft tədarükünün pozula biləcəyi ilə bağlı narahatlıqların artmasıdır.
“Reuters”in məlumatına görə, “Brent” markalı neft üzrə fyuçerslərin qiyməti 0,1 faiz artaraq bir barel üçün 101,34 dollara yüksəlib. ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı nefti isə 0,5 faiz bahalaşaraq 96,55 dollara çatıb.
Bazar iştirakçıları İran və ABŞ arasında dənizdə qarşılıqlı hücumların güclənməsindən sonra neft tədarükündə daha ciddi fasilələrin yarana biləcəyindən ehtiyat edirlər.
Tehran Hörmüz boğazı yaxınlığında 10 gəmiyə hücum etdiyini bildirib. İran tərəfi bunun ABŞ-ın beş İran neft tankerini batırmasına cavab olduğunu açıqlayıb. Bu hücumlar tərəflər arasında altı aydır davam edən münaqişə dövründə dəniz nəqliyyatına qarşı ən genişmiqyaslı qarşılıqlı zərbələr kimi qiymətləndirilir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu isə yeni hücumlar olacağı təqdirdə cavab tədbirlərinin daha da sərtləşdiriləcəyini bildirib.
Hörmüz boğazında vəziyyətin gərginləşməsi qlobal enerji bazarı üçün xüsusi əhəmiyyət daşıyır. Bölgədə gəmi hərəkətinin azalması və yeni hücum ehtimalı neft qiymətlərinə əlavə təzyiq göstərir.

