Xankəndidə Novruz münasibətilə “Kənddən şəhərə” bayram yarmarkası təşkil olunub
DenMedia.az azərtac-a istinadən bildirirki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC Novruz bayramı münasibətilə Xankəndi şəhərində “Kənddən şəhərə” bayram yarmarkası təşkil edib.
Məlumata görə, işğaldan azad edilmiş Xankəndidə keçirilən yarmarkanın əsas məqsədi bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərini münasib qiymətlərlə təbii, yerli və sağlam kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir.

Yarmarkada fermerlər tərəfindən geniş çeşiddə 40 növ kənd təsərrüfatı məhsulu satışa çıxarılıb.
Qeyd edək ki, 17 martadək davam edəcək “Kənddən şəhərə” yarmarkasında iştirak edən fermerlər “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən piştaxtalar, tərəzilər və digər zəruri avadanlıqlarla ödənişsiz təmin olunur.

