Yanvarın 7-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında özünü qatarın altına atan gənc vəfat edib.
Den.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu açıq kəllə-beyin travması ilə daxil olduğu Sabunçu Tibb Mərkəzində ötən gecə dünyasını dəyişib.
Bildirilir ki, intihar edən gənc 1-ci kurs tələbəsidir.
Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır. O, intihar etməzdən əvvəl sosial şəbəkədə bunun anonsunu verib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.
Qeyd edək ki, Babək Aslanov 1994-cü ildə Tovuzun Yanıqlı kəndində anadan olub. 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Doğulduğu kənddə dəfn olunub. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medallarıyla təltif olunub.
Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş-Foto

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.