Şəmkir rayonunda dərədə kişi meyiti aşkar edilib.
DenMedia.az xəbər verir ki, bu barədə APA məlumat yayıb. Bildirilib ki, ilkin araşdırmalara əsasən ölüm kriminal xarakter daşıyır.
Məlumata görə, 1970-ci il təvəllüdlü A. Nəbiyevin baş nahiyəsinə küt alətlə zərbə endirilib. Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində dünyasını dəyişib.
İlkin versiyaya əsasən, cinayətin törədilməsində onun oğlu şübhəli bilinir. Hazırda Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları şübhəlinin müəyyən edilməsi və saxlanılması istiqamətində operativ-axtarış tədbirləri həyata keçirir.
Faktla bağlı istintaq aparılır.

