Anadolu Agentliyinin yaydığı məlumata görə, Hatayın Kırıkhan rayonunun Karataş məhəlləsində yerləşən konteyner şəhərcikdə iftar vaxtı silahlı hücum baş verib.
Məlumata görə, 40 yaşlı Cemilə Yıldırım və ailəsi konteynerdə olduğu zaman M.D. adlı şəxs tərəfindən naməlum səbəbdən silahlı hücuma məruz qalıb. Nəticədə ana Cemilə Yıldırım hadisə yerində həyatını itirib. 45 yaşlı Hüseyn Yıldırım və qızı Melike Yıldırım isə ağır yaralanıb.
Hadisəni görən vətəndaşların 112 Təcili Çağrı Mərkəzinə məlumat verməsindən sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Sağlamlıq qruplarının ilkin müdaxiləsindən sonra ağır yaralılar xəstəxanaya çatdırılıb.

