Şəmkirdə ailə faciəsi yaşanıb.
Denmedia.az xəbər verir ki, oğul anasını qətlə yetirməkdə şübhəli bilinir.
Hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb. Məlumata görə kənd sakini sakini ,evin son beşiyi olan oğul, anasını küt alətlə vuraraq qətlə yetirib.
Mərhumun ailə üzvləri və yaxınları bildirirlər ki,Anar ali təhsilli olub. O,işə girmək üçün dəfələrlə imtahan versə də istəyinə nail ola bilməyib.Bundan sonra iki ilə yaxındır ki, özünə qapanıbmış.Atanın məsləhəti ilə anası Çiçək Sərdarova Anara həyətlərindəki istixanda işləyib ailəyə maddi dəstək olmalarını və keçirdiyi psixoloji sarsıntıdan özünü azad etməyini deyirmiş.Ailə başçısı bildirir ki, o xanımına, təqaüddə olan müəllim Çiçək Sərdarovaya onlar evdə olmayanda Anara məsləhətlər verməyi tapşırıbmış.Elə hadisə də növbəti dəfə ana və oğul evdə tək olan zaman baş verib.
Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib. Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizasının potoloji anatomiya birliyinin publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

