Hindistanda bir qadın xəstəlikdən əziyyət çəkən oğlunun sağalması üçün 17 yaşlı qızını qurban verib. Bu barədə Times of India məlumat yayıb.
Məlumata görə, qadın fiziki və psixi xəstəliklərdən əziyyət çəkən oğlunun müalicəsi üçün tez-tez 55 yaşlı okkultistə müraciət edib. Məhz həmin “mütəxəssis” qadına oğlunun sağalması üçün qurban verməyi tövsiyə edib.
Qadın bu tövsiyəyə əməl edərək öz qızını qurban vermək qərarına gəlib. Hadisənin okkultistin evində baş verdiyi bildirilir. Qız daha sonra ağır xəsarətlər nəticəsində həyatını itirib və cəsədi bağda basdırılıb.
Qeyd olunur ki, şübhəlilər istintaqı çaşdırmaq üçün hadisəni başqa cür təqdim etməyə çalışsalar da, ekspertiza bunu təsdiqləməyib. İş məhkəmə tərəfindən icraata götürülüb.

