Seulda yaşayan serial qatil Kim Soeung görüş zamanı daha üç kişini zəhərləyib. Bu barədə Cənubi Koreyanın “Çunan İlbo” nəşri məlumat yayıb.
Məlumata görə, qadın fevralın 19-da üç kişinin həyatına qəsd ittihamı ilə həbs olunub. İstintaq müəyyən edib ki, o, görüş zamanı kişilərə tərkibində sakitləşdirici maddələr olan qarışıq içirib.
Zərərçəkənlərdən ikisinin həyatını xilas etmək mümkün olmayıb. Sağ qalan üçüncü şəxs isə polisə müraciət edərək hadisə barədə ifadə verib.
Hadisədən sonra Kim Soeung sosial şəbəkələrdə geniş rezonans doğurub. İstifadəçilərin bir qismi onun xarici görünüşünə diqqət çəkərək “belə gözəl insanın cinayətkar ola bilməyəcəyini” yazıb.

