Seulda görüşlər zamanı kişiləri zəhərləməkdə ittiham olunan 21 yaşlı Kim Soen peşmanlıq məktubu yazıb.
Bu barədə Koreyanın Financial News nəşri məlumat yayıb.
Qız fevralın 19-da saxlanılıb. İstintaqın məlumatına görə, 2025-ci ilin dekabrından 2026-cı ilin fevralınadək o, üç kişiyə sedativ dərman qarışığı verib. Onlardan ikisi ölüb, üçüncüsü isə sağ qalaraq polisə müraciət edib.
Saxlanıldıqdan sonra Kim Soen sosial şəbəkələrdə geniş müzakirə olunmağa başlayıb. Bəzi istifadəçilər ona rəğbət göstərərək onun “cinayətkar olmaq üçün çox gözəl” olduğunu bildiriblər.
Peşmanlıq məktubunun dəqiq məzmunu açıqlanmayıb. Ehtimal olunur ki, qız törətdiyi əməllərə görə təəssüf hissi keçirib. Hüquqşünaslar isə bildirir ki, o, zəhərləmələrin qəsdən olmadığını iddia edə bilər, çünki ehtiyatsızlıqdan ölümə səbəb olmaq daha yüngül cəza ilə nəticələnir.

