Daxili İşlər Nazirliyinin məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Abşeron və Qaradağ rayonlarında keçirdiyi əməliyyatlar zamanı əvvəllər oğurluğa görə məhkum olunmuş iki nəfər saxlanılıb.
Əməliyyat zamanı onlardan ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr qatılmış marixuana, həmçinin 1 981 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər xarici narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

