ABŞ-ın Kentukki ştatının Leksinqton şəhərində parkda atışma baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb, daha beş nəfər yaralanıb. Bu barədə ştatın qubernatoru Endi Beşir açıqlama verib. Onun sözlərini Fox56 yayıb.
Atışma park ərazisində baş verib. Hadisənin digər detalları hazırda müəyyənləşdirilir.
Əraziyə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polis parkı mühasirəyə alaraq araşdırma aparır.
Hazırda şübhəlinin saxlanılıb-saxlanılmadığı və atışmanın motivi barədə məlumat verilmir.

