Tayvanda 43 yaşlı kişi keçmiş sevgilisini öldürərək meyitini çamadanda iş yerinə aparıb və dondurucu kamerada gizlədib.
Mothership nəşrinin məlumatına görə, Tailand vətəndaşı olan qadın sentyabrın 2-də Tayvana gəlib və ayın 14-də ölkəsinə qayıtmağı planlaşdırıb. Cütlük sentyabrın 11-də mübahisə edərək ayrılıb.
Sentyabrın 12-də müşahidə kameraları kişinin böyük çamadanla hərəkət etdiyini qeydə alıb. O, daha sonra qadının meyitini iş yerindəki dondurucu kamerada gizlədib.
Kişinin soyuducunu açmağı qadağan etməsi iş yoldaşlarının şübhəsinə səbəb olub. O, bunu içəridə bayram üçün nəzərdə tutulan ərzaqların saxlanılması ilə izah edib.
İstintaqın məlumatına görə, kişi münasibətlərini bərpa edə bilməyəcəyini anladıqdan sonra cinayəti törətdiyini etiraf edib.

