Alimlər deyir ki, evdə münasibət yaxşı olanda insanın kökəlmə riski azalır. Səbəbi də budur ki, sevgi və emosional dəstək bədənin hormonlarını — xüsusilə də “sevgi hormonu” oksitosini — yaxşı şəkildə işləməyə məcbur edir.
Bu hormon beynə kömək edir ki, adam özünü ələ alsın, həddindən artıq yemək istəyi azalsın və bağırsaq daha sağlam işləsin.
Araşdırmada məlum olub ki, evli və münasibəti yaxşı olan insanların çəkisi adətən daha aşağı olur, qidaya həddindən artıq bağlılıq isə daha zəifdir. Tək yaşayanlarda isə bu effekt demək olar ki, görünməyib.
Elm adamları deyir: əsas məsələ “evlisən ya subay” yox, gördüyün dəstəkdir. Evdə sevgi və anlayış varsa, bədən də buna müsbət reaksiya verir.

