Hazırlanması asan, dadı isə klassik merenga bükməsindən də yüngül və balanslı.
Bu desert fin blini əsasında hazırlandığı üçün həm tez bişir, həm də forması ideal alınır. Qatılaşdırılmış südlü krem və vişnənin turşməzə dadı isə bükməni tam balanslı edir.
Lazım olan ərzaqlar:
Blin-korj üçün:
3 yumurta
200 ml süd
100 q un
1 xörək qaşığı şəkər
1 çimdik duz
20 q əridilmiş kərə yağı
Vişnəli içlik üçün:
300 q çəyirdəksiz dondurulmuş vişnə
1–2 xörək qaşığı şəkər
1 xörək qaşığı nişasta
Krem üçün:
200 q krem pendir
150 q qatılaşdırılmış süd
Hazırlanma qaydası:
Əvvəlcə blini hazırlayın. Yumurtaları şəkər və duzla birlikdə çırpın. Üzərinə südü əlavə edin, sonra unu və əridilmiş yağı qataraq hamar kütlə alın.
Sobanı 200°C-yə qədər qızdırın. Böyük sinini perqament kağızı ilə örtün və azca yağlayın. Xəmiri siniyə töküb bərabər yayın. Blini 8–10 dəq. qızılı rəng alanadək bişirin. Hazır korju perqamentdən ayırmadan tor üzərində soyudun.
İçlik üçün vişnəni şəkərlə birlikdə ocağa qoyub qaynamağa çatdırın. Nişastanı 2 xörək qaşığı suda həll edib vişnəyə əlavə edin.
1–2 dəq. qarışdıraraq qatılaşana qədər bişirin və soyudun.
Krem üçün krem pendiri və qatılaşdırılmış südü çırpıcı ilə tam hamar olana qədər qarışdırın.
Soyumuş korju perqamentdən ayırıb qida plyonkasının üzərinə çevirin. Üzərinə kremi bərabər yayın, sonra vişnəli içliyi əlavə edin. Kömək üçün plyonkadan istifadə edərək rulet şəklində bükün.
Ruleti 1–2 saat soyuducuda saxlayın ki, forması tam otursun.

