Boşanma üzrə ekspert, psixoloq Cenni Satton münasibətlərin bitməyə doğru getdiyini göstərən gizli əlamətləri açıqlayıb. Bu barədə o, Mirror-a istinadən danışıb.
Onun sözlərinə görə, ilk və ən vacib siqnallardan biri:
İnsan tərəfdaşı ilə birlikdə olarkən belə özünü tək hiss edirsə
Psixoloq qeyd edib ki, ciddi problemlərə işarə edən digər hallar da var.
Digər əlamətlər sırasında tərəfdaşdan uzaq qalmaq istəyi, əvvəlki maraqlara darıxmaq, bədəndə gərginlik hissi və sosial əlaqələrin azalması göstərilib.
Satton əlavə edib ki, münasibətlərin dağıldığını göstərən başqa əlamətlər də mövcuddur:
- Tərəfdaş haqqında başqaları ilə danışmaq istəməmək
- Mübahisələrin təkrarlanan və proqnozlaşdırılan olması
Münasibətləri bərpa etmək üçün isə o, sadə addımlar tövsiyə edib.
Psixoloqa görə, hər gün 15 dəqiqə münasibətdə olan yaxşı və pis məqamları müzakirə etmək faydalıdır. Bundan əlavə, birlikdə dostlarla vaxt keçirmək və fiziki təması artırmaq da münasibətə müsbət təsir edir.
“Bir-birinizə toxunun, birlikdə hərəkət edin, hətta eyni ritmdə nəfəs alın — bu, stressi azaldır.”
Satton bildirib ki, birlikdə gəzmək, əl-ələ tutmaq və ya sadəcə birlikdə vaxt keçirmək kimi kiçik addımlar həm bədəni, həm də emosional vəziyyəti normallaşdıra bilər.

