Sarışın insanlarda melanoma riskinin 1,5 dəfə yüksək olduğu bildirilib. Bu barədə LIFE.ru-ya dermatoveneroloq, kosmetoloq və trixoloq Mariya Kızımko danışıb. Onun sözlərinə görə, kürən insanlarda bu risk 4 dəfə daha yüksəkdir.
Həkim qeyd edib ki, I və II dəri fototipinə malik insanlarda melanoma riski tünd saçlı və daha qarabuğdayı dəriyə sahib şəxslərlə müqayisədə xeyli yüksəkdir.
“Onlarda qoruyucu piqment olan melaninin miqdarı azdır. Bu isə dərini ultrabənövşəyi şüaların zədələyici təsirinə qarşı daha həssas edir”, — deyə Kızımko bildirib.
Həkim küçəyə çıxarkən mütəmadi olaraq SPF tərkibli vasitələrdən istifadə etməyi tövsiyə edib. O, həmçinin xəbərdarlıq edib ki, günəş altında qalmaq üçün ən təhlükəli vaxt saat 11:00-dan 16:00-dək olan müddətdir.

