Artıq çəki təkcə çox kalori qəbul etmək və az hərəkət etməklə bağlı olmaya bilər.
Qidalanma davranışı üzrə ekspert, nutrioloq Darya Savelyeva “Radio 1”ə açıqlamasında bildirib ki, çəki artımında hormonal fon mühüm rol oynayır.
Onun sözlərinə görə, artıq kilo almağın əsas səbəblərindən biri insulin dirənci ola bilər.
“Biz adətən artıq çəkini sadəcə kalori və fiziki aktivlik məsələsi kimi düşünürük. Amma hormonal fon burada daha vacib rol oynayır. Bu prosesin mərkəzində insulin dayanır. Onun vəzifəsi qandakı şəkəri hüceyrələrə daşımaqdır. Lakin yaş artdıqca və ya yanlış vərdişlər səbəbindən hüceyrələr insulinə qarşı həssaslığını itirir. Bu zaman enerji əzələlərə deyil, yağ depolarına yönəlir”, — deyə Savelyeva izah edib.
Ekspert bildirib ki, buna görə də artıq çəki ilə mübarizədə yalnız kalori hesabına deyil, hormonal balans, qidalanma vərdişləri və metabolik sağlamlığa da diqqət yetirmək lazımdır.

