Havanın temperaturu +30 dərəcəni keçəndə sərin və yüngül içki yaxşı seçim ola bilər. NEWS.ru müəllifi Dmitri Demiçevin təqdim etdiyi resept moruğun təravətini, çayın dərin dadını və limonun yüngül turşuluğunu birləşdirir.
Lazım olan ərzaqlar:
400 ml su, 300 q moruq, 3 çay qaşığı çay, 2 çay qaşığı qəhvəyi şəkər, 2 dilim limon, 2 budaq təzə nanə və zövqə görə xırdalanmış buz.
Çayı qaynar su ilə dəmləyib 5–7 dəqiqə saxlayın və süzərək soyumağa qoyun. Moruğun bir neçə dənəsini bəzək üçün ayırın, qalanını əzərək şirəsini tənzifdən süzün.

Soyumuş çaya qəhvəyi şəkər və moruq şirəsini əlavə edib yaxşıca qarışdırın. İçkini stəkanlara tökün, üzərinə buz əlavə edin və limon, nanə və bütöv moruq dənələri ilə bəzəyin.
İçkini buz ərimədən dərhal süfrəyə vermək tövsiyə olunur.

