Səfər zamanı sağlam qəlyanaltı seçmək üçün şəkərsiz və duzsuz qoz-fındıq, tam taxıllı çörəkçiklər və qalın qabıqlı meyvələr uyğun seçimdir.
Qastroenteroloq Yevgeni Belousov “Çempionat”a açıqlamasında bildirib ki, yorğunluq və stress fonunda insanlar çox vaxt şirniyyat, fastfud və şəkərli içkilər kimi sürətli karbohidratlara üstünlük verirlər.
Həkimin sözlərinə görə, yolda özünü güclü aclıq həddinə çatdırmamaq vacibdir. Uzun müddət yemək yemədikdə insan porsiya ölçüsünü daha çətin idarə edir və orqanizmin sürətli enerji tələbi səbəbindən daha çox qeyri-sağlam seçimlər edir.
Belousov vurğulayıb ki, səfər zamanı qidalanma adi rasiondan çox fərqlənməməlidir. Zülal, mürəkkəb karbohidratlar, lif və kifayət qədər maye balansı qorunmalıdır.

