29 
iyl
2023
13:21
169
Yuxarı
Nazirlik maaşları ödəmir: "Elə bil Samir Şərifovun şəxsi puludur"
29 iyl, 2023
13:21
169
Nazirlik maaşları ödəmir: "Elə bil Samir Şərifovun şəxsi puludur"
Akademik Milli Dram Teatrının aktyorları məzuniyyət pulllarını ala bilmir.
Den.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə teatrın aktroyu, Xalq artisti Ramiz Məlik məlumat verib.
O, teatrın iyul ayının 21-dən məzuniyyətə yollandığını vurğulayb: "Hələ nə iyul ayının maaşı, nə də məzuniyyət pulu Maliyyə Nazirliyi tərəfindən ödənilməyib. Elə bil Samir Şərifovun şəxsi puludur, bu nə deməkdir? İyul ayı qurtarır, sonra nə olacaq bilinmir”.
Məsələ ilə bağlı Akademik Milli Dram Teatrı ilə əlaqə saxladıq. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Qaynarinfo-ya bildirdi ki, sözügedən problemi həll etmək teatrın səlahiyyətində deyil.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar