Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Çin Xalq Respublikasında rəsmi səfərdədir.
Səfərin əsas məqsədi Azərbaycanla Çin arasında, xüsusilə də Sumqayıt şəhəri ilə Çin şəhərləri arasında dostluq, humanitar və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsidir.
Səfər çərçivəsində nümayəndə heyəti Mianyang şəhərinin tərkibində olan Jiangyou şəhərinin meri ilə görüş keçirib. Görüş zamanı Sumqayıt və Jiangyou şəhərləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin təhsil, mədəniyyət, sənaye və texnologiya sahələrində birgə layihələrin həyata keçirilməsi imkanları geniş müzakirə olunub.
Tərəflər iki şəhər arasında qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə mübadiləsinin aparılmasının, gənclər və təhsil proqramlarının təşkili, mədəniyyət tədbirlərinin keçirilməsi və biznes əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüş səmimi və işgüzar şəraitdə keçib. Qeyd olunub ki, Sumqayıtın sənaye potensialı və Jiangyou şəhərinin texnoloji imkanları iki tərəf üçün də faydalı əməkdaşlıq platforması yarada bilər.
Səfər çərçivəsində nümayəndə heyətinin Çin tərəfinin bir sıra müəssisə və sosial infrastruktur obyektlərinə də baş çəkməsi nəzərdə tutulur.
Nizami Rəsulov
DenMedia.az