Sabah Ramazan ayının iyirmi beşinci günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:26-da, iftar vaxtı saat 19:02-dir.
Denmedia.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirmi beşinci gününün iftar duasını təqdim edir:
İftar duası:
"Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin".
Tərcüməsi:
"İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah"!
Allah orucunuzu qəbul etsin!

