13 martda Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, bəzi vaxtlarda tutqun olacaq, əsasən isə yağıntı gözlənilmir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında bəzi yerlərdə zəif çiskin yağışı mümkündür, külək cənub-şərq istiqamətindən əsəcək.
Gecə 2–5° isti, gündüz isə 7–10° isti gözlənilir. Atmosfer təzyiqi 772-dən 769 mm civə sütununa qədər azalacaq. Nisbi rütubət gecə 70–75%, gündüz 60–65% olacaq.
Bölgələrdə əsasən yağış gözlənilmir, lakin bəzi yerlərdə duman müşahidə oluna bilər. Külək əsasən şərq istiqamətindən əsəcək.
Rayonlarda gecə 2–6° isti, gündüz 9–14° isti olacaq. Dağlıq ərazilərdə isə temperatur mənfi olacaq: gecə 5–10° şaxta, gündüz 2° şaxtadan 3° istiliyədək.

