Azərbaycanın ən yaşlı sakini vəfat edib.
DenMedia.az apa-ya istinadən bildirir ki, Lənkəran sakini, 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, 136 yaşlı qadın xəstəxananın reanimasiya şöbəsində müalicə alırdı.
Qeyd edək ki, Baku TV 2022-ci ildə Tamam Əzizova haqqında süjet hazırlamışdı.

