24 
avq
2023
12:13
357

"Anam qardaşımın dərdini çəkə-çəkə öldü" - Şəhid qardaşı - FOTOLAR

24 avq, 2023
12:13
357

"Anam qardaşımın dərdini çəkə-çəkə öldü" - Şəhid qardaşı - FOTOLAR

Şuşanın Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Rüstəmov Araz Bağı oğlunun nəşinin qalıqları 30 ildən sonra tapılıb və onun dəfn mərasimi keçirilib.

Den.az-ın dəfndə iştirak edən əməkdaşı xəbər verir ki, 1968-ci il təvəllüdlü şəhidin dəfn mərasimi Xızı rayonu   Giləzi qəsəbəsində keçirilib. Mərhum  Xızı rayonu  Giləzi qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin qardaşı Hacıbaba Rüstəmov anasının ilıərdir oğul yolu gözlədiyini deyib. Hətta öləndə övladının illərdir saxladığı köynəyini qəbrinə qoymağı vəsiyyət edub. Hacıbaba Rüstəmov anasının yenicə dünyasını dəyişdiyini və onun vəsiyyətini yerinə yetirdiklərini vurğulayıb. Anasının oğul dərdi ilə dünyadan köçdüyünü ürək ağrısı ilə dilə gətirib.

Şəhidin bacısı Gülzaman Xəlilova anasının oğul dərdindən şam kimi əridiyini və bu dərdə dözmədiyini deyib. Mərhumun qardaşı oğlu Güləhmət Rüstəmovun 44 günlük Vətən Müharibəsində  əmisinin qisasını alaraq qazi olduğunu bildirib.

Qeyd edək ki, Araz Rüstəmov itgin düşəndə 24 yaşı var imiş.





Bizimlə əlaqə saxlayın

Çox oxunanlar