“Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində qeyri-sabit və küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib, təhlükəli işlərin aparılması məhdudlaşdırılıb.
İstehsalat Birliyindən bildirilib ki, əməyin mühafizəsi normalarına uyğun olaraq işçilərin sağlamlığının qorunması üçün zəruri tədbirlər görülür.
Bütün istehsalat sahələrində əməkdaşların davamlı məlumatlandırılması həyata keçirilir və mövcud vəziyyət nəzarət altında saxlanılır.
“Bütün istehsalat sahələrində davamlı məlumatlandırma aparılır, vəziyyət nəzarət altındadır”, – məlumatda qeyd olunub.

