Ballıqayada törədilmiş cinayətlər lazımi hüquqi qiymətini almalı, təqsirkar şəxslər isə ədalət qarşısında cəzalandırılmalıdır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsində yayımladığı paylaşımda bildirilib.
Nazirlik qeyd edib ki, avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində dinc azərbaycanlıların qətlə yetirilməsinin 34-cü ildönümü tamam olur.
“Ballıqayada həlak olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir, insanlığa qarşı törədilmiş cinayətlərin hüquqi qiymət almasının və təqsirkarların ədalət qarşısında layiqli cəzalarını çəkməsinin vacibliyini bir daha vurğulayırıq”, – XİN-in paylaşımında qeyd olunub.

