ABŞ-nin İranın cənubuna endirdiyi silsilə hərbi zərbələr nəticəsində azı 30 dinc sakinin həlak olduğu bildirilir.
Bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, hücumlar ölkənin cənubunda yerləşən mülki yaşayış ərazilərini hədəfə alıb.
“Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, qurbanların xatirəsini ehtiramla yad edirik”, — deyə Mühacirani qeyd edib.

