Uqandada bir ölüm halı qeydə alındıqdan sonra Ebola qızdırması ocağı təsdiqlənib. Bu barədə Daily Monitor qəzeti məlumat yayıb.
Söhbət Konqo Demokratik Respublikasından gəlmiş pasiyentdən gedir.
Məlumata görə, 59 yaşlı kişi yüksək hərarət və tənəffüs problemləri ilə Kampalada xəstəxanaya yerləşdirilib. Daha sonra o, dünyasını dəyişib. Analizlər onun Bundibugyo ştammına yoluxduğunu təsdiqləyib.
Mənbə yazır ki, ölkədə virusun yerli yayılması qeydə alınmayıb. Bildirilir ki, xəstəlik ölkəyə xaricdən gətirilib və əhali arasında dövr etmir.

