Azərbaycandakı Birləşmiş Millətlər Təşkilatının Nümayəndəliyi ölkəni “İlaxır çərşənbə” — “Torpaq çərşənbəsi” münasibətilə təbrik edib.
Bu barədə qurumun X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
“Azərbaycanı Novruzdan əvvəlki son çərşənbə — torpağın oyanmasını və baharın gəlişi ilə həyatın yenilənməsini simvolizə edən ‘Torpaq çərşənbəsi’ münasibətilə təbrik edirik. Azərbaycandakı BMT hamıya bolluq, ümid və rifah arzulayır.”
Paylaşımda qeyd olunur ki, Torpaq çərşənbəsi Novruz bayramından əvvəl qeyd olunan son çərşənbədir və təbiətin oyanmasının, yeni həyatın başlanmasının rəmzi hesab olunur.

