ABŞ rəsmilərinin Yəməndəki husilərin nümayəndələri ilə Omanın paytaxtı Maskatda gizli görüş keçirdiyi bildirilir.
“Reuters”in məsələdən məlumatlı beş mənbəyə istinadən verdiyi xəbərə görə, görüş bazar günü ABŞ-nin Maskatdakı səfirliyində baş tutub və Oman tərəfi danışıqların təşkilinə kömək edib.
Mənbələrin məlumatına görə, husilər görüş zamanı ABŞ gəmilərinə hücum etmək niyyətində olmadıqlarını və Vaşinqtonla 2025-ci ildə əldə edilmiş atəşkəsə sadiq qalacaqlarını bildiriblər. Həmçinin İsrail və digər kommersiya gəmilərini hədəfə almayacaqlarını, lakin Səudiyyə Ərəbistanına məxsus gəmilərin istisna təşkil etdiyini deyiblər.
Husi nümayəndə heyətində Məhəmməd Əbdüssəlam və Əbdülməlik əl-Əcri də iştirak edib. ABŞ Dövlət Departamenti isə görüşün keçirildiyini təsdiqləməyib.

