2026-cı ilin birinci yarısında Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana fiziki şəxslər tərəfindən 23,262 milyon ABŞ dolları həcmində pul köçürülüb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,44 faiz və ya 4,717 milyon dollar artıb.
BƏƏ-dən daxil olan vəsaitlərin Azərbaycanın xaricdən aldığı ümumi pul köçürmələrində payı 3,1 faiz təşkil edib.
Eyni dövrdə əks istiqamətdə pul köçürmələri isə azalıb. Belə ki, Azərbaycandan BƏƏ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 24,4 faiz azalaraq 8,48 milyon dollara düşüb.

