ABŞ Prezidenti Donald Tramp mənfi ticarət balansına görə Vaşinqtonun bəzi Avropa ölkələri ilə ticarəti tamamilə dayandıra biləcəyini bildirib. Reuters-in məlumatına görə, Tramp bu addımı FED-in baza faiz dərəcəsini aşağı salmaqdan imtina edəcəyi halda cavab tədbiri kimi də nəzərdən keçirib.
“200 milyard dollarlıq ticarət kəsiri ilə Avropa ölkələrini biz daşıyırıq. Etməli olduğumuz yeganə şey onlara deməkdir: ‘Bilirsiniz nə var? Biz artıq sizinlə ticarət etmirik’. Onlarda olan heç nəyə ehtiyacımız yoxdur. Bizim avtomobillərimiz, ağac materiallarımız, ərzağımız var – hər şeyimiz var”, – Tramp bildirib.

